EN

Baronessa Koks yeni fürsət yaxalayıb - Avropa Zirvəsində erməni əsirlər mövzusu



Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi Zirvəsi ərəfəsində Baronessa Karolin Koks açıq məktub yayıb və beynəlxalq ictimaiyyətin diqqətini iki vacib saydığı fakta yönəldib:

1) Bakıda erməni siyasi məhbuslarının və saxlanılanların təqib olunması.

2) Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı yürütdüyü konstitusiyaya zidd siyasət.
Bu barədə öz Facebook səhifəsində Ermənistan blokundan olan millət vəkili Lilit Qalstyan yazıb və paylaşıma açıq məktubu əlavə edib.

Məktubunda xanım Koks 1988-ci ildən bəri Ermənistanın ardıcıl tərəfdarı olaraq Ermənistana və “Artsaxa” 70 dəfədən çox səfər etdiyini bildirərək, “inancı, əzabı və dözümlülüyü ilə Ermənistana ayrılmaz şəkildə bağlı olan Artsax xalqına” (!) da sevgi və dəstək sədaqətini ifadə edir.

Bakıda əsirlikdə olan ermənilərə münasibətdə ədalətli məhkəmə hüququ ilə bağlı qanunların guya pozulduğunu iddia edən bu xanım yazır:

”Mənim kimi ədalətli və davamlı sülh arzulayan hər kəs tərəfindən bu cür məsələlərin bir kənara qoyula biləcəyini düşünmürəm. Tez-tez deyilir ki, "ədalət olmadan sülh ola bilməz" və ümid edirəm ki, bu sözlər Ermənistanın gələcəyinin formalaşmasında iştirak edən hər kəs tərəfindən aydın şəkildə yadda saxlanılacaq.

Maraqlı sual yaranır, əgər sən doğrudan da dediyin kimi ədalətli və sülh arzulayan birisənsə, iki ölkə arasında münaqişəyə son qoyulduğu, sülh yolunda ciddi addımlar atıldığı bir dönəmdə niyə yenidən insanların hissləri ilə oynayıb ara qarışdırmağa can atırsan?

Bəllidir ki, “bütün maraqlı tərəfdaşları Ermənistan və Artsaxdakı bütün girov və hərbi əsirlər azad edilənə qədər bu yanaşmaya mənalı və məqsədyönlü şəkildə üstünlük verilməsini təmin etməyə” çağıran bu qadın əslində yenidən ara qatmağa fürsət yaxaladığını düşünür, lakin orasını dərk etmir ki, artıq iftiralarla ara qatmaq dövrü çoxdan keçib, Azərbaycan dövlətinə dil uzatmaq isə hər kəsin başı üçün deyil.

SAMİRƏ

Chosen
32
baki-xeber.com

1Sources