EN

"Ermənistanda sabitliyi pozmağa çalışırlar" – Deputatdan AÇIQLAMA

"Bir gün əvvəl internetdə Luis Moreno Okampo, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru ilə bağlı videolar yayılıb".

 Bu sözləri Sfera.az-a açıqlamasında deputat Nigar Arpadarai deyib.

 Millət vəkilinin sözlərinə görə, o, bu videolarda Avropa İttifaqı institutlarına təsir imkanlarından danışır, oğlu isə Ermənistanın Baş naziri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasının zəruriliyini qeyd edir:

 

"Belə bir təəssürat yaranır ki, Okampo və Avropa Parlamenti eyni məntiq çərçivəsində hərəkət edir. Adı “dəstək” olsa da, bu qətnamə ilk növbədə Ermənistanda daxili vəziyyətin sabitliyini pozmağa yönəlib. Formal olaraq “dəstək”dən bəhs edilsə də, mahiyyət etibarilə seçkilər ərəfəsində cəmiyyətin daha da qütbləşməsi üçün şərait yaradılır".

 

N.Arpadarai qeyd edib ki, Okamponu yenidən ön plana çıxaran qüvvələr məhz Ermənistanın öz milli maraqları əsasında, xarici sifarişdən asılı olmadan hərəkət etməsi ilə razılaşmayan qüvvələrdir:

 

"Şübhəsiz ki, bu sənəd həm də anti-Azərbaycan xarakteri daşıyır. Lakin Azərbaycan üçün onun təsiri əhəmiyyətsizdir, Ermənistan üçün bu artıq daxili siyasət amilinə çevrilir. Bu təşəbbüsün arxasında kim dayanırsa-dayansın, əsas səbəb Avropanın bizim regiona münasibətdə aydın və ardıcıl xarici siyasət strategiyasının olmamasıdır. Məhz buna görə belə təşəbbüslər manipulyasiya predmetinə çevrilir və müxtəlif qüvvələr tərəfindən xarici siyasətdən sui-istifadə olunur".

 

Firuzə Əliyeva


Chosen
37
azia.az

1Sources