BAKI, 2 may. TELEQRAF
Apreldə Avropanın yeraltı anbarlarına (UGS) ötən illə müqayisədə 8% az qaz vurulub. Anbarların ehtiyatları ayın sonuna qədər beş illik minimuma - 33%-ə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Gas Infrastructure Europe-un məlumatlarında qeyd edilir.
Apreldə Avropanın yeraltı qaz anbarlarından 1,7 milyard kubmetr (illik müqayisədə 10% artım) qaz çıxarılıb. Bu arada, yeraltı qaz anbarların qazın vurulması son iki ilin ən aşağı səviyyəsinə - 6,7 milyard kubmetrə düşüb.
Aprelin sonuna Avropanın yeraltı qaz anbarları 32,73% dolu (son beş ildə həmin tarix üçün orta göstəricidən 12,31 faiz bəndi aşağı) olub. Bu, son beş ildə həmin tarix üçün ən aşağı səviyyədir."Qazprom" Avropanın yeraltı qaz anbarlarındakı qaz ehtiyatlarının növbəti istilik mövsümünə qədər 70%-ə belə çatmayacağını proqnozlaşdırmışdı.
Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il 1 oktyabr - 1 dekabr tarixləri arasında qaz anbarlarının 90%-nin dolu olmasını təmin etməlidirlər.