EN

AZAL Dubaya uçuşları bərpa edir

AZAL
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay .əhətrinə uçuşlara yenidən başlayır. 1news.az bu barədə AZAL-a istinadən xəbər verir.
Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək. Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.

Chosen
3
11
1news.az

10Sources