EN

Halk "Atletiko Mineyro" klubundan ayrılıb

Braziliya millisinin sabiq futbolçusu Halk (Givanildo Souza) "Atletiko Mineyro" klubundan ayrılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli oyunçunun sözləşməsi cari ilin ilin sonunda başa çatmalı idi.

Xatırladaq ki, Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edir. O, bu müddət ərzində bütün yarışlarda 309 oyuna 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb.

"Cebheinfo.az"

Chosen
3
2
cebheinfo.az

3Sources