Astana, 2 may, AZƏRTAC
Aktau şəhərində altımərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xilasedicilər səkkiz uşaq da daxil olmaqla, 14 nəfəri təxliyə ediblər.
AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın şəhərin 31-ci mikrorayonunda yerləşən çoxmənzilli binanın zirzəmisində başlayıb.
Xilasedicilərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Yanğın qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana