EN

Azərbaycanı Liviya və Suriya ssenarisinə sürükləmək istəyirdilər: Plan ifşa oldu

Son günlər sosial şəbəkələrdə və bəzi beynəlxalq platformalarda yayılan video materiallar Azərbaycana qarşı aparılan genişmiqyaslı informasiya və siyasi təzyiq kampaniyasının pərdəarxasını daha aydın şəkildə ortaya çıxarıb. Söhbət Luis Moreno Okampo ətrafında formalaşan və müxtəlif beynəlxalq platformalar, diaspor şəbəkələri və maliyyə mərkəzləri ilə əlaqələndirilən koordinasiyalı fəaliyyətdən gedir. Kadrlardan kampaniyanın təsadüfi deyil, planlı şəkildə qurulduğu, Avropa institutları, lobbiçilik imkanları və media resursları vasitəsilə Azərbaycana qarşı siyasi təzyiq mexanizmlərinin formalaşdırıldığı görünür.

Maliyyələşmə xətti də diqqət çəkir. Məlumatlara görə, proses əsasən Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən erməni diasporu şəbəkələri tərəfindən gizli şəkildə dəstəklənir. Anonim fondlar və müəyyən oliqarx dairələrinin də bu prosesdə dolayı iştirakı olduğu iddia edilir ki, bu da məsələnin təkcə informasiya müharibəsi deyil, daha geniş koordinasiyalı siyasi layihə olduğunu göstərir.

Eyni zamanda, bu kampaniyanın yalnız Azərbaycana qarşı deyil, Ermənistan daxilində siyasi proseslərə də təsir etməyə yönəldiyi bildirilir. Xüsusilə baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı təzyiq elementlərinin mövcudluğu, prosesin region üzrə daha geniş geosiyasi maraqlarla əlaqələndirildiyini göstərir.

Mövzu ilə bağı Publka.az-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, bu fəaliyyət uzun müddətdir mövcuddur və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəyə bu tip təsir göstərmək cəhdləri olub.

Chosen
19
7
publika.az

6Sources