EN

Aeroport şosesində qəza: hər iki istiqamətdə sıxlıq yaranıb

Paytaxtın Suraxanı rayonu, Aeroport şosesində hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yolun hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Chosen
11
33
day.az

10Sources