Aeroport şosesində qəza nəticəsində yolda sıxlıq yaranıb
Suraxanı rayonu, Aeroport şosesində Hava limanı istiqamətinə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İntellektual Mərkəzindən məlumat verilib. Bildirilib ki, qəza səbəbindən hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.