Melanomanın müalicəsi üçün hazırlanan yeni vaksini qəbul edən ilk pasiyentin analizlərində artıq kiçik dəyişikliklər müşahidə olunur.
Onun sözlərinə görə, əsas immunoloji nəticələr hələ qarşıdadır. Pasiyentə təxminən daha 10 dəfə vaksin vurulması planlaşdırılır.
Qintsburq qeyd edib ki, pasiyent hazırda Kursk vilayətində ev şəraitindədir və regional onkoloji dispanserin nəzarəti altındadır. Növbəti vaksin vurulmasının may bayramları arasında həyata keçirilməsi nəzərdə tutulur.
Preparat hər bir pasiyentin şişinə uyğun fərdi qaydada hazırlanır. Bildirilir ki, vaksin pulsuzdur və icbari tibbi sığorta sisteminə daxildir.