Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Pentaqon Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması planlarını Avropadakı müttəfiqlərin NATO daxilində lider rolunu üzərinə götürməyə hazır olmaması ilə izah edir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi Almaniya kansleri Friedrix Merzin Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını tənqid etməsini “yersiz və faydasız” adlandırıb. Onun sözlərinə görə, ABŞ administrasiyası diqqəti Avropadan Qərb yarımkürəsinə və Hind-Sakit okean regionuna yönəltmək niyyətindədir və qoşunların azaldılması da bu strategiyaya uyğundur.
“Biz onları NATO-nu Avropanın liderliyi altında qurmaq üçün praktik və işgüzar yanaşma sərgiləməyə çağırmışdıq. Onlar bu tövsiyəyə əməl etmədilər və nəticə budur”, – deyə Pentaqon rəsmisi bildirib.
Məlumata görə, qərar Almaniyada yerləşən ABŞ quru qoşunlarının briqada döyüş qrupunu, bu il ora göndərilməsi planlaşdırılan uzaqmənzilli artilleriya batalyonunu və potensial olaraq digər bölmələri əhatə edəcək.
Bundan əvvəl ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Sean Parnell bildirib ki, Pentaqon rəhbəri Pit Hegset Almaniyadan 5 min hərbçinin çıxarılması barədə göstəriş verib. Onun sözlərinə görə, bu prosesin 6-12 ay ərzində tamamlanması gözlənilir.
ABŞ Prezidenti Donald Trampın 29 apreldə elan etdiyi kimi, ABŞ Almaniyada yerləşən hərbi kontingentinin sayını azaltmağı düşünür və tezliklə qərar verəcək. 30 apreldə jurnalistlərin suallarını cavablandıran Tramp ABŞ-ın təkcə Almaniyada deyil, həm də İtaliya və İspaniyada qoşun sayını azalda biləcəyini deyib.
Qeyd olunur ki, bu bəyanatlar Merzin ABŞ-ın İrana qarşı hərbi kampaniyasını strategiyasız adlandıraraq tənqid etməsindən sonra səsləndirilib. Tramp isə onu “İranın nüvə silahına sahib olmasını məqbul saymaqda” ittiham edib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.