“Neftçi” rəhbərliyi Azərbaycan derbisində qazanılan qələbəyə görə futbolçuları mükafalandıracaq.
İdmanxeber.az-a verilən məlumata görə, komandaya yüksək məbləğdə “premya” ayrılıb. Meydana əsas heyətdə çıxan hər futbolçuya 10 min, sonradan daxil olanlar isə 7500 manat mükafat alacaq.
Oyunu ehtiyat skamyasından izləyən futbolçular isə “Qarabağ” qələbəsi üçün 5000 qazanıb.
Xatırladaq ki, “Neftçi” bu qalibiyyətlə Premyer Liqada 4-cü pilləyə yüksəlib.