EN

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiyada fərdi evdə baş verən yanğın yeddi nəfərin ölümünə səbəb olub.

"Far.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Xantı-Mansi muxtar dairəsinin Megion şəhərinin Vısoki kəndində qeydə alınıb.

Yuqra qubernatoru Ruslan Kuxaruk bildirib ki, yanğında 4-ü uşaq olmaqla 7 nəfərlik ailə vəfat edib:

"İlkin məlumatlara görə, yanğına elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub".

Chosen
17
1
far.az

2Sources