EN

İranın son təklifi mətbuata sızıb

İran vasitəçiləri məlumatlandırıb ki, Vaşinqton Tehranın münaqişənin həlli ilə bağlı son təklifini nəzərdən keçirməyə hazır olduğunu göstərərsə, gələn həftənin əvvəlində Pakistanda danışıqlarda iştirak etməyə hazır olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Tehran əvvəllər təqdim etdiyi təklifdə ABŞ-nin hücumlara son qoyacağına və İran limanlarının blokadasının ləğv ediləcəyinə zəmanət verəcəyi təqdirdə Hörmüz boğazının açılması şərtlərini müzakirə etməyin mümkünlüyünü göstərib.

Nəşrin iddiasına görə, İran həmçinin ABŞ sanksiyalarının yumşaldılması müqabilində nüvə proqramı ilə bağlı məsələləri müzakirə etməyi təklif edib.

Xatırladaq ki, mayın 1-də ABŞ lideri Konqresin rəhbərliyinə rəsmi olaraq Ağ Evin İranla müharibəni bitmiş hesab etdiyini bildirib. Lakin, görünür, bu addım əsasən ABŞ hərbi qüvvələrinin xaricdəki münaqişələrdə istifadəsini tənzimləyən milli qanunlara riayət etmək zərurətindən irəli gəlib.

Chosen
32
5
bakivaxti.az

6Sources