Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Arka Sokaklar"ın heyətində ciddi yeniliklər var. Şevket Çoruhun qayıdışı ilə köhnə ruhunu bərpa edən seriala indi də iki yeni sima daxil olur.Demokrat.az xəbər verir ki, ekran işinə Burak Kaptanoğlu və Naz Elmas qoşulub. Kaptanoğlu layihədə "Andaç", Naz Elmas isə "Zuhal" obrazını canlandıracaq. Hər iki aktyorun süjetin gedişatına necə təsir edəcəyi izləyicilər üçün maraqlıdır.Yeni transferlərin iştirak etdiyi bölümlər yaxın günlərdə efirə gedəcək. Görünən odur ki, serial rəqabəti artırmaqda iddialıdır.Qeyd edək ki, Orhan Oğuzun rejissorluq etdiyi serialda Zafer Ergin və Özgür Ozan kimi adlar baş rollardadır.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.