EN

Paraşütçü yüksəkgərginlikli elektrik xəttindən asılı qaldı - VİDEO

İsraildə paraşütçü yüksəkgərginlikli elektrik xətlərində ilişib qalıb.

Moderator.az Ä°z.ru-ya istinadÉ™n xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ yerli "Telegram" kanallarında mÉ™lumat verilib.

 

 

Məlumata əsasən, hadisə Arava bölgəsində baş verib. İsrailli şəxs paraşütlə tullanarkən idarəetməni itirərək yüksəkgərginlikli elektrik ötürücü xətlərinə çırpılıb və orada ilişib qalıb. Energetiklər paraşütçünü cərəyan vurmaması üçün ərazidə elektrik enerjisinin verilişini operativ şəkildə dayandırıblar.

Hadisə yerinə dərhal xilasetmə xidmətləri cəlb olunub və çətin vəziyyətdə qalan şəxs xilas edilib. Qəribə qəza ilə üzləşən kişi helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

Chosen
24
1
moderator.az

2Sources