EN

Ukrayna hərbçiləri cəbhə xəttində gizli yeraltı şəhər inşa etdi...+VİDEO

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ukrayna desatçıları Slavyanskın şərq kənarında cəbhə xəttindəki ən böyük yeraltı sığınacaqlardan biri olan təxminən 500 metr uzunluğunda yeraltı şəhər inşa ediblər.

Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir. 

Məlumata görə, burada yük maşınları üçün dayanacaq, restoran tipli mətbəx və idman zalı var. 

Jurnalist xanım Donetsk bölgəsindəki hava desant qüvvələrinin 81-ci əlahiddə aeromobil Slobojanka briqadasının əsgərlərinin yerləşdiyi bu səngərləri ziyarət edib.

Materialda deyilir: 

"Bu, əsgərlərin təkcə yaşamadığı, həm də ağır texnikanı gizlətdiyi təxminən yarım kilometr uzunluğunda bütöv bir ordu şəhərciyidir. Yeraltı şəhərin miqyası hətta NATO ölkələrindən gələn xarici qonaqları da heyrətləndirib".

Sığınacaq mürəkkəb bir labirint kimi tikilib. Bu, qəsdən edilir: düşmən raketi və ya KAB tunelin bir hissəsini məhv edərsə, digər hissəsi toxunulmaz qalmalıdır.

Dəhlizlərin dərinliyi 1,5 metrdən 4 metrə qədər dəyişir.

Yeraltı şəhərin infrastrukturuna aşağıdakılar daxildir:

Yeraltı dayanacaq:

pikaplar və hətta böyük yük maşınları tunellərdən asanlıqla keçə bilər;

Peşəkar mətbəx: 

mülki həyatda restoranda işləmiş aşpaz Maksim mətbəxin peşəkar mətbəxlə eyni səviyyədə dizayn edilməsinə kömək edib.

Burada əsgərlərə pendir şorbası kimi isti yeməklər verilir;

Kommunal xidmətlər: 

yer altında su və kanalizasiya xətləri çəkilib və yataq otaqları düzəldilib.

İdman zalı: 

Əsgərlər həftələrlə yer üzünə çıxa bilmədikləri üçün, kompüter ekranları qarşısında oturaq işi kompensasiya etmək üçün orada məşq məkanı da quraşdırıblar."

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
moderator.az

2Sources