Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov Ukraynadakı münaqişə ilə bağlı açıqlama verib.
Doğru.az xəbər verir ki, diplomat çıxışını NPT İcmal Konfransı zamanı edib və münaqişənin yalnız NATO ölkələri Rusiyanın strateji məğlubiyyətinə yönəlmiş kursdan imtina etdikdə həll oluna biləcəyini bildirib. Onun sözlərinə görə, Qərb dövlətləri Kiyevi müxtəlif ölümcül silahlarla təmin etməyə davam edir.
Belousov vurğulayıb ki, “əsl sülhə nail olmaq üçün Şimali Atlantika Alyansı hazırkı təcavüzkar siyasətini yenidən nəzərdən keçirməlidir”.
Diplomat əlavə edib ki, bunun yolu NATO üzvlərinin Rusiyaya strateji məğlubiyyət vermək istəyindən imtina etməsindən keçir. O, daha əvvəl alyansın Rusiya sərhədlərinə doğru genişlənməsini artan geosiyasi təcavüz kimi qiymətləndirmişdi.
DOĞRU.AZ