EN

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında münasibətlərdə dərin bir deqradasiya baş verib və bu da strateji risklərin artmasına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov məlumat verib.

"Qərbin dağıdıcı hərəkətləri nəticəsində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında münasibətlərdə dərin bir deqradasiya baş verib. Bu ölkələr də de-yure nüvə gücüdür və beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün xüsusi məsuliyyət daşıyırlar. Bu, strateji risklərin artmasına, beş ölkə arasında birbaşa hərbi toqquşmalara və müvafiq olaraq bütün bəşəriyyət üçün potensial olaraq fəlakətli nəticələrə səbəb olmuşdur", - deyə o bildirib.

Chosen
52
far.az

1Sources