EN

Atatürkün 111 il əvvəl yazdığı əmr ortaya çıxıb: “Səngərdə əsla yatmaq olmaz”

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1915-ci ildə Düztəpədən yazdığı əmrdə Atatürkün səngərdə olan əsgərlərə gecə-gündüz yatmamağı tapşırdığı məlum olub.

Sherg.az xəbər verir ki, Çanaqqala Quru Döyüşlərinin 111-ci ildönümü yaxınlaşdığı bir vaxtda, Mustafa Kamal Atatürkün quru döyüşləri zamanı verdiyi əmrlərdən biri ictimaiyyətə təqdim edilib.

19-cu Tümen komandanı, yarbay Mustafa Kemal Atatürkün verdiyi əmrin 3-cü bəndində belə deyilir:

“Səngər növbətçiləri (gündüz hər manqa cəbhəsində iki əsgər, gecə isə yarım manqa) daim gözlərini düşmənin üzərində saxlayaraq son dərəcə diqqətli olmalı, digər əsgərlər silahı əlində səngər daxilində manqa başçısının əmrini gözləməli və əsla yatmamalıdır.”

Çanaqqala Döyüşləri Gelibolu Tarixi Sahə İdarəsinin rəhbəri İsmayıl Kaşdemir bildirib ki, Atatürkün bu açıq və qəti əmri Mehmetçiyin fədakarlığını nümayiş etdirir.

Kaşdemir qeyd edib: “Mehmetçik cəbhə xəttində insanüstü bir mübarizə apararaq Çanaqqalanı keçilməz edib. Onların bu möhkəm duruşu və fədakar mübarizəsinin əsas səbəblərindən biri də komandirlərinin əsgərləri düzgün idarə etməsi idi. Bu baxımdan Mustafa Kemalın əmrlərindən biri də burada göstərilən böyüklüyü açıq şəkildə ortaya qoyur.”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
61
sherg.az

1Sources