Türkiyə Superliqasında 32-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
“Rizespor” öz meydanında “Konyaspor”u qəbul edib. 5 qolun vurulduğu görüşdə Rize klubu 3 xala sevinib.
“Beşiktaş” isə səfərdə “Qaziantep”in qonağı olub. “Qara qartal” rəqibini 2 qolla üstələyib.
“Rizespor” - “Konyaspor” - 3:2
Qollar: Jo Jin-ho, 16 (0:1), Laçi, 18 (1:1), Mebude, 58 (2:1), Auqusto, 65 (3:1), Andzouana, 89 (3:2)
“Qaziantep” - “Beşiktaş” - 0:2
Qollar: Djalo, 7, Asilani, 22-pen.
Bu nəticələrdən sonra xallarının sayını 59-a çatdıran “Beşiktaş” 4-cü pillədə qərarlaşıb. “Rizespor” 40 xalla 8-ci, eyni xala malik “Konyaspor” 9-cu, “Qaziantep” isə 37 xalla 10-cu yeri tutur.