EN

KİV: İran Hörmüz boğazına minalarla yüklənmiş delfinlər buraxa bilər

Hörmüz boğazında gərginlik davam edir. İranın sərt xətt tərəfdarları boğazda ixracın bloklanmasını "müharibə elanı" kimi qəbul edirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.

"Tehran administrasiyası bu blokadanı yarmaq üçün misli görünməmiş hərbi metodlardan istifadə etməyi planlaşdırır. Bu planlardan ən ilginci ABŞ-nin hərbi gəmilərinə qarşı təlim keçmiş delfinlərdən istifadədir. SEPAH Hörmüz boğazında güc balansını dəyişdirmək üçün mina bağlanmış delfinlərdən istifadəni nəzərdən keçirir" - deyə məlumatda qeyd olunur.

SEPAH həmçinin boğazdan keçən vacib telefon və internet kabellərini kəsməklə qlobal rabitəni sıradan çıxarmaq niyyətindədir.

Chosen
52
teleqraf.com

1Sources