EN

Nissan ABŞ da elektrik avtomobilləri istehsal etmək planlarından imtina edəcək

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nissan Motor Co. tələbatın azalmasını əsas gətirərək ABŞ-da elektrikli nəqliyyat vasitələrinin istehsalı planından imtina etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Kyodo News agentliyinə istinadən yaydığı məlumata görə, qərar mayın 1-də ictimaiyyətə təqdim olunub.

Bununla yanaşı, şirkət nümayəndəsi Nissan-ın ABŞ bazarına sadiq qaldığını vurğulayaraq, bu ölkənin şirkət üçün “sabit gəlirlilik və davamlı artım baxımından əsas bazarlardan biri” olduğunu bildirib.

Şirkət ABŞ-dakı təchizatçılarına Kanton şəhərində yerləşən zavodda planlaşdırılan elektrikli avtomobil istehsalının ləğv edildiyini, bunun əvəzində isə digər modellərin istehsalının artırılacağını açıqlayıb.

Məlumata görə, Nissan-ın ABŞ bazarı üçün nəzərdə tutduğu bir neçə elektrikli model üzrə istehsal strategiyası inkişaf prosesində yaranan gecikmələr səbəbindən çıxılmaz vəziyyətə düşüb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources