EN

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

Ağdamın Xıdırlı kəndi ərazisində baş verən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, “VAZ 2107” markalı avtomobilin sürücüsü, Ağdam sakini Cəsarət (soyadı dəqiqləşdirilir) hadisə nəticəsində ölüb.

Qəza zamanı sərnişin – 1996-cı il təvəllüdlü Alimə Məmmədova və onun azyaşlı övladları ağır xəsarət alıblar.

İlkin məlumata görə, qadının ayaqları sınıb, uşaqların vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
24
bizim.media

1Sources