ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son dövrlərdə sosial şəbəkələr informasiya yayımı üçün əsas platformalardan birinə çevrilib. Burada müxtəlif sahələr üzrə insanlar öz biliklərini paylaşır, məsləhətlər verir və auditoriya qazanmağa çalışırlar. Lakin bu proses bəzən peşəkar fəaliyyətin sərhədlərinin bulanıqlaşmasına da səbəb olur. Xüsusilə həssas sahələrdə məsələn, səhiyyə və hüquq kimi istiqamətlərdə qeyri-peşəkar tövsiyələrin geniş yayılması ciddi suallar doğurur.Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, bu sahədə informasiya kirliliyi daha geniş yayılıb:
“Özünü mütəxəssis kimi təqdim edən, hər hansı sahənin bilicisi olduğunu iddia edən şəxslərlə bağlı zaman-zaman inzibati cəzalar tətbiq olunur. Məsələn, son dövrlərdə hüquqi məsləhət verənlərin, o cümlədən özünü vəkil kimi cəmiyyətə təqdim edən saxta şəxslərin sayı artıb. Bu səbəbdən həmin sahə ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində əvvəllər də mövcud olan normalar sərtləşdirilib, tənbehlərin ağırlığı artırılıb. Vəkil adından qanunsuz istifadə inzibati məsuliyyət yaradır. Bununla əlaqədar olaraq, özünü vəkil kimi təqdim edən və bu addan qanunsuz istifadə edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə görə, fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər isə 600 manatdan 800 manata qədər məbləğdə inzibati qaydada cərimə edilirlər. Bu yanaşma digər sahələrə də şamil olunmalıdır. Xüsusilə həkim adından qanunsuz istifadə, özünü cəmiyyətə həkim kimi təqdim etmə, eləcə də digər strateji peşə sahiblərinin adından sui-istifadə halları ilə bağlı daha sərt inzibati və cinayət məsuliyyəti tədbirləri müəyyənləşdirilməlidir”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.