EN

Avropa Parlamentinin qətnaməsi nəyə xidmət edir? PAŞİNYAN AZƏRBAYCANA DƏSTƏK BƏYANATI VERMƏLİDİR!

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin (ASB) 8-ci baş tutacaq. Bu genişmiqyaslı görüşdə həm Aİ üzvləri, həm də digər Avropa ölkələrinin liderləri iştirak edəcək.

Birinci Ermənistan–Avropa İttifaqı Sammiti isə 4 və 5 may tarixlərində keçiriləcək. Bu, ikitərəfli formatda keçirilən ilk rəsmi sammitdir.

Tədbirlərə qatılmaq üçün Avropa İttifaqının iki əsas rəhbəri İrəvana gəlir:

Antoniu Koşta – Avropa İttifaqı Şurasının sədri.

Ursula fon der Lyayen– Avropa Komissiyasının sədri.

Görüşlərdə əsasən iqtisadiyyat, enerji, nəqliyyat və rəqəmsallaşma sahəsində əməkdaşlıq, həmçinin viza rejiminin liberallaşdırılması və Cənubi Qafqazda sülh, təhlükəsizlik və kommunikasiyaların bərpası məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Onu da xatırladım ki, Avropa İttifaqı Ermənistansa seçkiyə kənar müdaxilələrlə bağlı xüsusi missiya yaradıb və bu, bilavasitə Rusiyanın revanş cəhdlərinə qarşı fəaliyyət göstərəcək.

İyunun 7-də Ermənistanda taleyüklü parlament seçkiləri keçiriləcək. Rusiya bu seçkilərdə eks-prezident R. Koçaryanın, erməni-rus oliqarx Karapetyanın liderlik etdiyi qüvvələri bütün mümkün vasitələrlə dəstəkləyir. Məqsəd Ermənistanı Avrointeqrasiya xəttinə aparmağa çalışan Paşinyanı devirmək və ölkəni yenidən Kremlə bağlamaqdır. Bu qüvvələr 44 günlük müharibənin hüquqi və siyasi nəticələrini qəbul etmirlər, deməli, Rusiya da eyni mövqeni bölüşür.

Aİ isə Paşinyanın hakimiyyətdə qalmasına hər cür dəstək verir, gələn həftə İrəvanda baş tutacaq yüksək səviyyəli tədbirlər də bu istiqamətdə atılan addımlardan biridir.

Bəs Paşinyanın seçki platformasının ana xətti nədir? 

Azərbaycanla sülh və əməkdaşlıq, Türkiyə ilə əlaqələrin bərpası, Avropaya inteqrasiya, ABŞ-la strateji əlaqələrin qurulması, Rusiyanın iqtisadi, siyasi, hərbi təsirindən qurtulmaq.

Avropa İttifaqı ilə yanaşı Azərbaycan və Türkiyə də İrəvanın bu mövqeyini bilavasitə və dolayı yollarla dəstəkləyir. Hər şey əla gedir, amma…

Əvvəlcə Niderland və Belçika parlamentləri sülh prosini zəhərləyən köhnə narrativləri qaldırır, arxasınca Avropa Parlamenti onları qətnaməsinə salır: Qarabağdan gedən ermənilər qayıtmalıdır, Bakıda həbsdə olan cinayətkarlar azad edilməlidir… Bakı kəskin etiraz edir, AP ilə əlaqləri asqıya alır.

Birinci paradoks: AP qətnaməsi böyük səs çoxluğu ilə qəbul olunur, Ermənistanın Aİ inteqrasiyasına, anti-Rusiya siyasətinə rəsmi dəstək verən ölkələr AP-də fərqli mövqe tuturlar;

İkinci paradoks: Avropalı deputatlar Rusiyanın regionda əvvəlki status-kvonu bərpa olunmasına dəstək verirlər, yəni Aİ-nin rəsmi siyasətinin tam əleyhinə;

Üçüncü paradoks: Bu, Ermənistan hakimiyyətinin siyasəti ilə ziddiyət təşkil edir. Paşinyan hökuməti dəfələrlə bəyan edib ki, Qarabağ mövzusu bitib, bunu qabartmaq Rusiyanın maraqlarına xidmət etməkdir, Azərbaycanla sülhün alternativi yoxdur.

İndi Avropa Parlamentinin qətnaməsi nəyə xidmət edir?

Bu suala Avropa Komissiyası aydınlıq gətirməlidir, Paşinyan hökuməti də Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etməlidir.

Elçin Rüstəmli

GUNUNSESI.INFO

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
icma.az

2Sources