EN

Oqtay Əsədov 22 illik vəzifəsindən getdi - FOTOLAR

Mayın 1-də Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Musavat.com xəbər verir ki, yığıncaqda federasiyaya yeni rəhbər seçilib. 

Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.

 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədov isə prezidentlik üçün namizədliyini təqdim etməyib və vəzifəsindən gedib. 


Chosen
47
5
musavat.com

10Sources