EN

Qabonlu iştirakçı: Gənclər Forumu müasir gəncliyin proseslərə daha fəal şəkildə qoşulmasına mühüm töhfə verəcək

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Tarixi baxımdan, ölkəmiz Fransa ilə bağlı olub, kolonial dövrün təsirlərini yaşayıb. Lakin 2023-cü ildən etibarən biz maliyyə sistemimiz, ordumuz və ümumilikdə iqtisadiyyatımız üzərində tam nəzarəti öz əlimizə almağa başlamışıq.

Bunu AZƏRTAC-a açıqlamasında Qabondan gələn siyasi elmlər üzrə tədqiqatçı Angelika İvala deyib.

"Mən Qabonun nümayəndəsi kimi Bakıda Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan beynəlxalq Gənclər Forumunda iştirak edirəm. Burada əsas məqsədim müasir dövrdə liderliyi, gənclərin rolunu və yeni nəsil liderləri təmsil etməkdir.

Hesab edirəm ki, bu forum müasir gəncliyin proseslərə daha fəal şəkildə qoşulmasına, qlobal səviyyədə mühüm qərarların qəbulunda iştirakına mühüm töhfə verəcək", - deyə A.İvala fikirlərinə yekun vurub.

Müxbirlər - Göyçək Mahmudlu, Əyyub Ələsgərov

Tərcümə etdi - Gülər Rəfiyeva

Fotoqraf - Səfiyar Məcnun

Videooperator - Şövqi Əzizov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
azertag.az

2Sources