EN

"Rəqəmsal transformasiya ölkəmizin gələcək inkişafı üçün vacib sahədir" -

"Ölkəmizdə bütün sahələrdə inkişaf müşahidə olunur. Bu gün rəqəmsallaşma və rəqəmsal transformasiya təkcə Azərbaycanda deyil, bütün dünyada aktual prosesə çevrilib. Hər bir ölkə yeni texnologiyalardan istifadə etməklə daha çevik, daha səmərəli və müasir idarəetmə sistemləri qurmağa çalışır".Metbuat.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiya -x Azərbaycan Respublikasının Audiovizial Şurasının aparat rəhbəri Fazil Novruzov deyib. "Azərbaycanda da son illərdə rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılıb. Xüsusilə son bir il–bir il yarım ərzində bu sahədə görülən işlər, qəbul edilən strategiyalar və həyata keçirilən layihələr rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir.Rəqəmsal transformasiya ölkəmizin gələcək inkişafı üçün vacib istiqamətlərdən biridir. Bu sahəyə dövlət rəhbərliyi tərəfindən xüsusi önəm verilir. Biz də cəmiyyət, kütləvi media və aidiyyəti qurumlar olaraq bu prosesə öz töhfəmizi verməliyik".

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
17
metbuat.az

1Sources