ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Rusiya 1 may tarixindən etibarən rafinə edilmiş qızıl külçələrinin ölkədən kənara çıxarılmasını əhəmiyyətli dərəcədə məhdudlaşdıran xüsusi qaydanı qüvvəyə mindirdi.
"Cebheinfo.az" xəbər verir ki, Prezident Vladimir Putinin 25 martda imzaladığı fərmana əsasən, ümumi çəkisi 100 qramı aşan qızıl külçələrinin fiziki şəxslər tərəfindən ölkə xaricinə çıxarılması qadağan edilib.
Tətbiq edilən məhdudiyyət Prob Dairəsindən (Probiyernaya Palata) xüsusi icazə alan və yalnız Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo hava limanları və ya Vladivostok Hava Limanı vasitəsilə ölkədən çıxış edən şəxslərə şamil olunmur.
Qeyd edilən qayda Avrasiya İqtisadi Birliyi (AİB) üzv ölkələrinə çıxışları və kredit təşkilatlarını isə əhatə etmir.Ekspertlər bu addımı Qərb sanksiyaları və qlobal bazarlardakı qeyri-müəyyənlik fonunda Rusiyanın qızıl ehtiyatlarını və qiymətli metalların hərəkətini nəzarətdə saxlamaq strategiyasının bir hissəsi kimi qiymətləndirir.
Rusiya Mərkəzi Bankının qızıl külçələrinin alqı-satqısı ilə bağlı daha əvvəl qəbul etdiyi qərarlarla birlikdə nəzərə alındıqda, Moskvanın qızılı strateji aktiv kimi gördüyü və onun ölkə daxilində qalmasını təmin etməyə çalışdığı aydın görünür.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.