Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsində yol infrastrukturu bərbad vəziyyətə düşüb.
Biləcərinin Yeni Yaşayış massivi adlanan ərazisində sürücülər üçün çətin durum yaranıb.
Sakinlər həmin yolu keçməkdə çətinlik çəkdiklərini bildirirlər. Yolun pis vəziyyətdə olması avtomobillərdə bir sıra nasazlıqların yaranmasına da səbəb olur.