EN

"Liverpul"un yarımmüdafiəçisi İtaliya nəhənginə qoşulmağa yaxındır

"Liverpul"dan gedəcəyi gözlənilən yarımmüdafiəçisi Körtis Consun yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, mersisaydlılarla yeni anlaşma imzalamayan orta xətt oyunçusu "İnter"ə keçməyə yaxındır. Mənbə Milan təmsilçisinin İngiltərə nəhənginə rəsmi təklif göndərməyi planlaşdırıldığını vurğulayıb. Bir neçə Premyer Liqa klubunun da Consun xidmətində maraqlı olduğu bildirilib.

Cons "Liverpul"un öz yetirməsidir. Onun "qırmızılar"la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Cari mövsüm Mersisayd komandasının sıralarında bütün turnirlərdə 30 matça çıxan Körtis 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir. 

Nihat

Chosen
16
1
fanat.az

2Sources