EN

ABŞ İrana qarşı əməliyyata 50 milyard dollar xərcləyib?


ABŞ-nin İrana qarşı əməliyyatının real dəyəri 50 milyard dollardır ki, bu da Pentaqonun ictimai qiymətləndirməsindən təxminən iki dəfə çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” telekanalı daxili hesablamalarla tanış olan ABŞ rəsmilərinə istinadla məlumat verib.
Mənbələrin verdiyi məlumata görə, çərşənbə günü Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı Pentaqon rəsmiləri “Epik Qəzəb” əməliyyatının dəyərini təxminən 25 milyard dollar olaraq qiymətləndiriblər.
Üstəlik, bu rəqəmə yalnız sursat xərclərinin daxil olduğu bildirilib.
Daxili hesablamalarla tanış olan ABŞ rəsmiləri isə hərbi əməliyyatın dəyərinin hazırda 50 milyard dollara yaxınlaşdığını və bu məbləğə təkcə istifadə edilən sursatın deyil, həm də zədələnmiş və ya məhv edilmiş hərbi texnikanın dəyərinin də daxil olduğunu qeyd ediblər.
Chosen
1
3
yeniavaz.com

5Sources