Yaxın bir neçə il ərzində qlobal dövlət borcu dünya ÜDM-ni üstələyə bilər. Hazırda qlobal iqtisadiyyatda mürəkkəb vəziyyət formalaşıb.
Yaxın gələcəkdə dövlət borcunun ÜDM-ə nisbəti 100%-ə çata bilər. Əslində bu artıq təəccüblü deyil — dünya uzun müddətdir borc hesabına yaşayır. Lakin vəziyyət onunla fərqlənir ki, sonuncu dəfə belə göstəricilər İkinci Dünya müharibəsi ərəfəsində müşahidə olunmuşdu.
Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, qlobal dövlət borcu 2029-cu ildə ÜDM-in 100%-nə, 2031-ci ildə isə 102%-dən yuxarı səviyyəyə çata bilər. Bu isə “dünya yeni böyük müharibə astanasındadırmı?” sualını gündəmə gətirir.
Hazırda planetin müxtəlif bölgələrində hərbi toqquşmalar davam etsə də, bu vəziyyət hələ qlobal müharibə kimi qiymətləndirilmir.