EN

Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər

Bir neçə gündür Qəbələ yenidən diqqət mərkəzinə düşüb. Şəhərin siyasi və inzibati əhəmiyyətinin artırılması ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə son bir həftə ərzində Prezident İlham Əliyevin xarici qonaqları məhz burada qəbul etməsi müzakirələri daha da artıb. Paytaxtın köçürülməsi konteksində sözügedən məsələnin gündəmə gəlməsi Bakının tıxacdan və başqa yüklərdən azad edilməsi planının olub-olmadığını da aktuallaşdırıb.

AzNews.az xəbər verir ki, deputat Fazil Mustafa Globalinfo.az-a açıqlamasında Qəbələnin, yaxud Ağdamın ikinci paytaxt elan edilməsinin mükəmməl bir addım olacağını bildirib:

“Lakin proses gecikir. Bu məsələ ilə bağlı qəti qərarın verilməsi daha düzgün olardı. Görünür, dövlət səviyyəsində müəyyən amillər nəzərə alındığı üçün hələ ki, bu istiqamətdə hansısa məsələlərə aydınlıq gətirilmir”.

Deputat bildirib ki, Bakıda yaranmış tıxac probleminin həlli məhz bu yanaşmadan, yəni ikinci paytaxt seçilməsindən keçir:

Chosen
43
5
aznews.az

6Sources