EN

Avrorliqa: “Fənərbağça” Litva klubuna ikinci oyunda da qalib gəlib

Bakı, 1 may, AZƏRTAC

Basketbol üzrə Avroliqada pley-off mərhələsində ikinci oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk matçda qalib gələn komandalar ikinci görüşdə də üstün olub.

Yunanıstan təmsilçisi “Olimpiakos” Fransanın “Monako” klubuna 94:64 hesabı ilə qalib gəlib.

Türkiyənin “Fənərbağça” kollektivi isə”Jalgiris”i (Litva) 86:74 hesabı ilə üstələyib.

“Panatinaikos” İspaniyada “Valensiya”nı məğlub edib – 107:105.

Chosen
53
2
azertag.az

3Sources