EN

“MEDİA nın məqsədi jurnalistika fəaliyyətində peşəkarlıq səviyyəsini yüksəltməkdir” ƏHMƏD İSMAYILOV

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Artıq üç ildir ki, ölkəmizin media gündəminin aktual ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən bu Forum dövlət və media dialoqunu formalaşdıran səmərəli bir platforma kimi özünü təsdiqləmişdir”.

Gununsesi.info bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında etdiyi çıxışda bildirib:

“Medianın İnkişafı Agentliyinin məqsədi informasiya hazırlayan və yayımlayan media qurumları ilə rəsmi mənbə funksiyasını yerinə yetirən dövlət qurumları arasında sağlam münasibətlərin qurulmasına dəstək vermək, ictimai məzmunlu jurnalistika fəaliyyətində peşəkarlıq səviyyəsini yüksəltməkdir.

2026-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi mühüm əhəmiyyət daşıyır. Bu ilin may ayında Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcəkdir. Bu tədbir şəhər inkişafı sahəsində beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edir və ölkəmiz üçün xüsusi önəm daşıyır.

Azərbaycan şəhərsalma mədəniyyəti zəngin tarixi ənənələrə əsaslanır. Bakının və digər şəhərlərimizin timsalında milli memarlıq irsi və şəhərsalma ənənələri ölkəmizə gələn qonaqlarda dolğun təsəvvür formalaşdırır.

Müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını möhkəmləndirən Ümummilli Lider Heydər Əliyev həm dövlət qurucusu, həm də müasir şəhərsalma və memarlıq baxımından ölkənin yeni simasının formalaşdırıcısı kimi tarixdə xüsusi yer tutur. Onun müəyyən etdiyi inkişaf xətti müstəqillik dövründə daha da inkişaf etdirilmişdir.

Bu gün həmin xətt Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldilmişdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında mühüm rol oynayır. Şuşa, Ağdam və Füzulidə aparılan quruculuq işləri həm tarixi irsin bərpasını, həm də gələcəyə yönəlmiş inkişafı ifadə edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə mədəni irsin qorunması və təbliği sahəsində mühüm işlər görülmüşdür. İçərişəhər və Qız qalası kimi tarixi abidələrimizin beynəlxalq səviyyədə tanıdılması bu fəaliyyətin mühüm nəticələrindəndir”.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
icma.az

1Sources