EN

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,06 ABŞ dolları və ya 0,05% ucuzlaşaraq 122,26 ABŞ dollarına enib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,04 dollar və ya 0,03% ucuzlaşaraq 118,98 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,16 dollar və ya 0,16% azalaraq 98,16 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,08 dollar və ya 0,06% azalaraq 122,86 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Chosen
16
49
kommersant.az

10Sources