Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
İ.Əliyev 54 yaşında cəza çəkdiyi həbsxanada dünyasını dəyişib. Onun ölümünə xəstəlik səbəb olub.
Qeyd edək ki, Əliyev İlqar İbrahim oğlu 1972-ci ildə Salyan rayonunun Arbatan kəndində anadan olub. Salyan şəhər 4 saylı orta məktəbini bitirib.
Azərbaycan Banklar Assosasiyasında ekspert kimi çalışıb.
İlqar Əliyev 2023- cü ildə satış məqsədi olmadan narkotik maddə əldə edib saxlama ittihamı ilə məhkum olunmuş və 4 il azadlıqdan məhrum edilmişdi. Daha sonra cəzası 2 ay əvvəl 4 ildən 3 ilə endirilmışdi. Həbsdən çıxmağına 6 ay qalmışdı.
Onun 4 azyaşlı övladı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31