EN

Tuapse yenə yanır Ukraynanın növbəti zərbəsi

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Krasnodar diyarındakı Tuapse şəhəri son iki həftə ərzində dördüncü dəfə PUA hücumuna məruz qalıb. 

“AzPolitika” xəbər verir ki, yerli administrasiyanın məlumatına görə, ötən gecə Ukrayna dronları neft nəqlilə məşğul olan Tuapse dəniz terminalına hücum edib və nəticədə yanğın baş verib. Məlumata görə, yanğının söndürülməsində 128 nəfər və 41 texnika iştirak edir.

Bundan öncə Tuapsedəki neft emalı zavodunda Ukraynanın üç dron hücumu nəticəsində baş verən genişmiqyaslı yanğının söndürülməsi və nəticələrin aradan qaldırılması üçün səylər hələ də davam edir. Şəhərdə "neft yağışı" və dənizdə neft ləkəsi əmələ gəlib. Mütəxəssislər bu kurort şəhərinin ekoloji fəlakət yaşadığını bildirsələr də, Vladimir Putin son çıxışında “ciddi təhlükə olmadığını” deyib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
azpolitika.info

1Sources