EN

“Yeraltı”nın baş qəhrəmanı və fransız idmançı – gizli eşq üzə çıxdı (FOTO)

Türkiyəli aktrisa Devrim Özkan ilə fransız voleybolçu Trevor Clevenot arasında olduğu iddia edilən münasibət yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, iddialara səbəb isə onların sosial mediada eyni məkandan və oxşar rakursdan paylaşım etməsi olub.

Bu detal iki məşhur arasında romantik münasibət ehtimalını gücləndirib və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Xatırladaq ki, Devrim Özkan daha əvvəl Lucas Torreira ilə yaşadığı münasibətlə tez-tez medianın diqqət mərkəzində olub. Cütlük bir neçə dəfə ayrılıb-barışdıqdan sonra 2025-ci ilin avqust ayında münasibətlərinə son qoymuşdu.

Ayrılıqdan sonra adı Trevor Clevenotla hallanan aktrisanın fransız idmançı ilə eyni məkandan paylaşım etməsi diqqətdən yayınmayıb. Paylaşımların oxşarlığı izləyicilər tərəfindən “təsadüf deyil” kimi qiymətləndirilib.

Bundan əlavə, tərəflərin sosial mediada bir-birini izləməsi də iddiaları daha da gücləndirib. Bu detal onların münasibətdə ola biləcəyi ehtimalını artıran amillərdən biri kimi göstərilir.

Hər iki tərəf məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, son paylaşımlardan sonra diqqət yenidən Devrim Özkan və Trevor Clevenota yönəlib.

Qeyd edək ki, Devrim Özkan hazırda Yeraltı serialında baş rollardan birini canlandırır və layihə ilə də gündəmdə qalmağa davam edir.

Musavat.com

Chosen
9
6
musavat.com

7Sources