Slovakiya Baş naziri Robert Fitso bildirib ki, işğalçı Rusiya diktatoru Vladimir Putinlə görüşündən sonra Avropa siyasətçiləri onu açıq şəkildə tənqid ediblər, lakin söhbətin təfərrüatlarını gizli şəkildə öyrənməyə çalışıblar. Slovakiya Baş nazirinin sözlərinə görə, Rusiya lideri ilə danışıqlardan qayıtdıqdan sonra Brüsseldəki həmkarları, hətta qeyri-rəsmi şəraitdə belə, dialoqun təfərrüatları ilə maraqlanırlar.

Moderator.az bu haqda "TSN"-ə istinadla xəbər verir.
"Mən Putinlə görüşürəm və hamı məni tənqid edir. Və həmin görüşdən sonra qayıdanda Brüsseldəki tualetlərdə rastlaşdığım hər kəs onun nə dediyini soruşur", - Fitso qeyd edib.
O, həmçinin ritorik olaraq digər Avropa liderlərinin özləri niyə Rusiya prezidenti ilə birbaşa ünsiyyət qurmağa çalışmadığını soruşub.
S.Laçın