
“İran ya uranı təhvil verəcək, ya da biz özümüz onu götürəcəyik”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, İranın nüvə stansiyalarındakı nüvə çox dərindədir və onu çıxarmaq üçün ekskavatorlara və hər şeyə ehtiyac var:
“Biz onu əldə etmək istəyirik. Belə ya da elə, biz onu götürəcəyik. Ya onlar onu bizə verəcəklər, ya da biz özümüz götürəcəyik", - deyə Tramp əlavə edib.
Daşqın Həsənov
Missiya.Az