EN

Yuxuların təsadüf olmadığı elmi cəhətdən təsdiqləndi

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yuxuların təsadüfi görüntülər olduğu fikri artıq keçmişdə qaldı. İtaliyanın Lucca Ali Araşdırmalar Məktəbinin mütəxəssisləri 3700-dən çox yuxu hesabatını təhlil edərək maraqlı nəticələr əldə ediblər. Məlum olub ki, yuxuların məzmunu heç də xaotik deyil və onları formalaşdıran iki əsas amil var.Demokrat.az-ın məlumatına görə, araşdırma göstərir ki, yuxular insanın şəxsiyyət tipi və yaşadığı təcrübələrin qarışığından yaranır. 18-70 yaş arası yüzlərlə insanın iştirak etdiyi tədqiqatda süni intellekt texnologiyalarından istifadə edilib. Nəticələrə görə gündəlik həyatda fikirləri tez-tez dağılan və bir mövzudan digərinə keçən insanlar daha nizamsız yuxular görürlər. Həyatındakı hadisələrə məna yükləyən şəxslərin gördüyü yuxular isə daha canlı və təsirli olur.Xarici amillərin də yuxulara birbaşa təsiri müəyyən edilib. Məsələn pandemiya dövründə insanların yuxularında qapalılıq və məhdudiyyət mövzuları üstünlük təşkil edib. Həyat normallaşdıqca bu obrazlar da tədricən yoxa çıxmağa başlayıb. Bu da yuxuların psixoloji vəziyyətlə paralel dəyişdiyini sübut edir.Mütəxəssislərin fikrincə yuxular gündəlik həyatın sadə kopiyası deyil. Beyin iş yerini, məktəbi və ya tanış məkanları olduğu kimi deyil, onları fərqli bağlamlarda birləşdirərək daha surreal ssenarilərə çevirir. Bir sözlə yuxular həm kim olduğumuzun həm də nələr yaşadığımızın dinamik əksidir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
144
demokrat.az

1Sources