EN

Trampdan müəmmalı açıqlama: “İranı xilas etməyə çalışırıq”

Donald Tramp İranla bağlı açıqlamasında Tehranın razılaşma əldə etməyə çalışdığını bildirib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti danışıqların detalları barədə danışmaq istəmədiyini qeyd edib.

O, “İran razılaşma bağlamaq istəyir. Amma onların nüvə silahı ola bilməz” deyə vurğulayıb.

Jurnalistin mümkün hərbi əməliyyatların bərpası ilə bağlı sualına isə Tramp birbaşa cavab verməkdən yayınaraq, danışıqların gedişi barədə məlumatın çox məhdud şəxslərə məlum olduğunu bildirib.

Tramp həmçinin İran rəhbərliyi ilə bağlı qeyri-müəyyənlik olduğunu qeyd edib və “liderlərin demək olar ki, hamısı məhv edilib” kimi iddia səsləndirib. O əlavə edib ki, İranın 159 gəmidən ibarət donanmasının da tamamilə sıradan çıxarıldığını iddia edir.

ABŞ prezidenti sonda bildirib ki, Vaşinqton müəyyən mənada İranı “xilas etməyə çalışır”, lakin bunun zəruri olub-olmaması hələ dəqiq deyil.

 

Musavat.com

Chosen
102
musavat.com

1Sources