İran milli futbol komandası 2026-cı il Dünya Kubokunda, o cümlədən ABŞ-da keçiriləcək oyunlarda iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino bildirib.
O, Kanadada keçirilən FIFA Konqresində çıxış edərkən deyib ki, "İran, əlbəttə ki, 2026-cı il FIFA Dünya Kubokunda iştirak edəcək. Əlbəttə ki, İran ABŞ-də oynayacaq".
İran milli komandasının Dünya Kubokunda iştirakı ABŞ ilə İran arasındakı münaqişə səbəbindən sual altında idi. Tehran turnirdə oynamağa hazır olub-olmadığından əmin olmadığını bildirib. ABŞ Prezidenti Donald Tramp da komandanın turnirdə iştirakına qarşı olmadığını qeyd edib, lakin bunun oyunçuların özləri üçün risk yarada biləcəyini nəzərə alaraq bunu məqsədəuyğun hesab etmədiyini vurğulayıb.
2026 Dünya Kuboku qrup tərkibi