EN

İldırım 40 metrlik dinozavrı məhv etdi

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-də əyləncə parkına düşən ildirim oradakı dinozavr maketlərinin birini tamamilə məhv edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kanzas ştatının Derbi şəhərindəki "Field Station" parkında baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər eksponatlara keçməsinin qarşısını alıblar. 40 metr hündürlüyü, 60 ton çəkisi olan dinozavr maketindən isə yalnız karkası qalıb.

Parkın icraçı prodüseri Qay Qazelin bildirdiyinə görə, park bağlı olduğundan qəza zamanı heç kim xəsarət almayıb.

Qeyd edək ki, "Field station"da 40-dan çox real ölçülü, hərəkət edən və səs çıxaran dinozavr modeli var. Bunların arasında Mezozoy erasının məşhur növləri ilə yanaşı, Kanzas bölgəsində aşkar edilmiş qədim canlıların (məsələn, Tylosaurus) modelləri də yer alır.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
525.az

1Sources