EN

Makron Ermənistana səfər edəcək...

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın şimalında yerləşən Gümrü şəhərinə səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.
 

Məqalədə qeyd olunur ki, Fransa liderinin səfəri 5 may tarixində baş tutacaq. Gümrünün Vardanants meydanında Ermənistan və Fransa arasındakı dostluğa və mədəni əməkdaşlığın dərinləşməsinə həsr olunmuş böyük konsert keçiriləcək.


Xatırladaq ki, bu, Makronun 2018-ci ildən bəri Ermənistana ilk rəsmi dövlət səfəridir. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanacağı da gözlənilir.

Bizim.Media

Chosen
61
bizim.media

1Sources