EN

Donald Tramp Nobel Sülh Mükafatına namizəd olaBİLƏR

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ehtimalı var.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin dəqiqləşdirdiyi məlumata görə, hazırda bu mükafata 208 şəxs və 79 təşkilat iddialıdır. Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Qarpvikenin sözlərinə görə, onların arasında "çoxlu yeni simalar" var.

Jurnalistlər qeyd edirlər ki, Trampın namizədliyini Kamboca, İsrail və Pakistan kimi ölkələr təklif edə bilərdi. Keçmişdə həmin ölkələrin liderləri bunu etmək niyyətləri barədə açıq şəkildə bəyanatlar vermişdilər. Lakin bu məlumatı yoxlamaq mümkün deyil, çünki nominantların siyahısı gizli saxlanılır.

Xədicə BAXIŞLI

Chosen
26
1
redaktor.az

2Sources