EN

Peter Macarın da Ukraynadan tələbi var

Xalqın səsi ilə hakimiyyətə gəlmiş “Tisa” partiyasının lideri, tezliklə Macarıstanın baş naziri olacaq Peter Macar Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasını təsdiqləməzdən əvvəl Ukraynadakı macar azlığı üçün hüquqların genişləndirilməsini tələb edib.

Musavat.com xəbər verir ki, “Bloomberg” bu barədə mənbələrə istinadla məlumat yayıb.

Mənbələrə görə, Avropa Şurasının prezidenti António Kosta ilə görüş zamanı Macar ölkənin hazırkı baş naziri Viktor Orbanın mövqeyi ilə qismən uyğun gələn tələblər irəli sürüb. Bu tələblər xüsusən də macar azlığının öz ana dilində təhsil almasına dairdir.

Xatırldaq ki, V.Orban Avropa İttifaqında Ukraynaya ayrılmış yardım paketlərinə veto qoymaqla və hər fürsətdə rəsmi Kiyevin qarasında danışmaqla məşhur idi.

Musavat.com

Chosen
52
musavat.com

1Sources